...

Qarlı hava şəraiti ilə əlaqədar Bakıya gələn təyyarələr gecikir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2014 18:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart /Trend/

Qarlı hava şəraiti ilə əlaqədar təyyarələrin uçuş cədvəlində bir sıra dəyişikliklər olub.

Heydər Əliyev Beynəlxalq Hava Limanından Trend-ə verilən məlumata görə, saat 17:15-də Azərbaycan paytaxtına çatmalı olan İstanbul-Bakı reysini yerinə yetirən təyyarə hava şəraiti ilə əlaqədar saat 18:00-a qədər gecikib.

Saat 17:45-də paytaxta enməli olan Doha-Bakı reysi üzrə hərəkət edən təyyarə isə saat 18:05-dək ləngiyib.

Hazırda hava limanı şosesində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Magistralda sürət həddi məhdudlaşdırılıb.

Qarlı hava şəraiti ilə əlaqədar digər aviareyslərin cədvəlində də dəyişikliklər gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti