...

AXA MBASK sığorta agentləri üçün yeni elektron xidmət tətbiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2014 14:07 (UTC +04:00)
Azərbaycanın ən böyük müstəqil agent şəbəkəsinə malik olan AXA MBASK agentlərə investisiya yatırmağa davam edir.
AXA MBASK sığorta agentləri üçün yeni elektron xidmət tətbiq edib

Azərbaycan, Bakı, 1 aprel /Trend/

Azərbaycanın ən böyük müstəqil agent şəbəkəsinə malik olan AXA MBASK agentlərə investisiya yatırmağa davam edir.

Çərşənbə axşamı şirkətdən Trend-ə daxil olan məlumata görgə, agentlərin gündəlik işlərini asanlasdırmağa davam edən AXA MBASK Sığorta Şirkəti agentlərin çalışma üsullarının tətbiqində daha bir addım kimi, yeni rəqamsal sığorta haqqı qəbulu proqramını işə salıb. Beləliklə, Azərbaycanın sığorta bazarında ilk dəfə olaraq sığorta agenti ödənişləri rəqəmsal şəkildə həyata keçiriləcək.

Bu sistem sayəsində vahid onlayn uçot bazasında baş ofis və agentlər uçot əməliyyatlarını, xüsusilə də sığorta haqlarının sığortalılardan qəbul edilməsi, baş ofisə (sığortaçıya) ötürülməsi, komissiya aktlarının hazırlanması, o cümlədən maliyyə-uçot hesabatlarının avtomatlaşdırılması təmin edilmişdir.

Beləliklə, vahid uçot bazasında AXA MBASK və agentləri eyni ofisdə işlər kimi fəaliyyət göstərəcəklər. Müştərilərdən alınan sığorta haqqları rəqəmsall rejimdə qeydiyyata (uçota) alındığı üçün agentlər heç bir manual iş görməyəcəklər və hesabatları real vaxtda online edəcəklər. Nəticədə AXA MBASK agentləri manual hesabat hazırlanmasına vaxt sərf etməyəcək, bu səbəbdən də müştəriyə keyfiyyətli xidmətin göstərilməsinə və satışın artımına daha çox vaxt ayıracaqdır.

AXA MBASK Sığorta Şirkəti bu layihəni "işləməsi asan olan sığorta şirkəti" strategiyasına uyğun olaraq hazırlanmışdır və gələcəkdə də agentlərin asan sistemdə işləməsi üçün layihələrini davam etdirəcəkdir.

Xatırladaq ki, sığorta bazarının liderlərindən biri olan AXA MBASK SŞ 2010-cu ildən etibarən şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarının tətbiqi prosesinə başlayıb.

Belə, sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışların inkişafı planı həyata keçirilməklə, qısa müddət ərzində bütün Azərbaycan ərazisində fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş 80-ə yaxın sığorta polislərinin satışı məntəqəsi açılmışdır.

Avropa keyfiyyətli xidmət, habelə ödənişlərin vaxtlı-vaxtında və tam həyata keçirilməsi şirkətin qısa zaman ərzində "İlin sığorta şirkəti" kimi altı beynəlxalq və milli mükafatlara layiq görülməsinə gətirib çıxarmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti