...

Mərkəzi Bank: Azərbaycan strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti üzrə ilk 20-liyə daxildir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2014 14:10
2014-cü ilin birinci rübünün yekunları üzrə Azərbaycanın strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti dəyişməyib və 70 faizə yaxınlaşır.
Mərkəzi Bank: Azərbaycan strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti üzrə ilk 20-liyə daxildir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir E.Əliyev/

2014-cü ilin birinci rübünün yekunları üzrə Azərbaycanın strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti dəyişməyib və 70 faizə yaxınlaşır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) cari ilin I rübünün yekunları üzrə pul siyasəti icmalında deyilir.

Bu səviyyədə həmin göstərici 2012-ci ildəki nəticəyə nail oldu və 2013-cü ildə də dəyişməz qaldı. 2011-ci ildə strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 64 faiz, 2010-cu ildə 58 faiz, 2009-cu ildə 47 faiz, 2008-ci ildə isə 37 faiz təşkil edib.

İcmalda deyilir ki, Azərbaycan bu göstərici üzrə dünya ölkələrinin ilk iyirmiliyinə daxil olur.

Hesabata görə, 2014-cü ilin yanvar-martında ölkənin strateji valyuta ehtiyatları 5,2 faiz, yaxud 2,6 milyard dollar artaraq 52,8 milyard dollara çatıb.

AMB-nin sərəncamında olan valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 4 faiz artaraq 14,7 milyard dollara çatıb.

Əvvəlki illərdə olduğu kimi, ölkənin hazırki mövqeyi əlverişli səviyyədədir.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin birinci rübündə ölkənin xarici ticarət dövriyyəsi 7,1 milyard dollar olub ki, bundan 5,4 milyard dollar ixracın, 1,7 milyard dollar isə idxalın payına düşüb. 2014-cü ilin yanvar-mart aylarının yekunu üzrə xarici ticarət balansının profisiti 3,7 milyard dollar təşkil edib, ixrac isə idxalı 3 dəfə üstələyib.

İxracın yarıdan çoxu (51 faiz) Aİ ölkələri, 3,3 faizi MDB, qalan hissəsi isə digər ölkələrin payına düşüb. İdxalın strukturunda Avropa ölkələri ümumi həcmin 31,3 faizini, MDB ölkələri isə 26,2 faizini təmin ediblər.

İcmala görə, ötən il ixrac qiymətlərindəki dəyişiklik enerji daşıyıcılarının dünya qiymətlərinin dəyişməsinin təsiri altında baş verib. İdxal olunan istehlak və investisiya mallarının qiymətləri praktiki olaraq sabit səviyyədə qalıb, aralıq məhsullar isə cüzi bahalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti