...

Rusiya sərhədindəki növbə ilə əlaqədar Azərbaycan gömrüyü gücləndirilmiş iş rejiminə keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2014 17:16 (UTC +04:00)
Azərbaycanın Rusiya ilə sərhədindəki gömrük postları orada yaranmış növbənin aradan qaldırılması üçün gücləndirilmiş rejimdə çalışır.
Rusiya sərhədindəki növbə ilə əlaqədar Azərbaycan gömrüyü gücləndirilmiş iş rejiminə keçib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir E.Əliyev/

Azərbaycanın Rusiya ilə sərhədindəki gömrük postları orada yaranmış növbənin aradan qaldırılması üçün gücləndirilmiş rejimdə çalışır. Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.

Rusiya-Gürcüstan sərhədi ərazisində baş vermiş sürüşmə səbəbindən Türkiyəyə tranzit yüklər daşıyan avtomobillər Azərbaycan ərazisindən keçməyə məcbur olublar. Böyük avtomobil axını Azərbaycan-Rusiya gömrüyündə yubanmalara səbəb olub ki, bu da sərhədin hər iki tərəfində onlarla maşından ibarət növbənin yaranmasına gətirib çıxarıb.

DGK-dan deyiblər ki, nəticədə gömrük postları gücləndirilmiş iş rejiminə keçib və bir avtomobilin sənədləşdirilməsinə ayrılan vaxt minimuma endirilib: "Hazırda artıq 200-dən çox avtomobil sərhəddən buraxılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti