...

TuranBank-ın aktivləri il ərzində 16 faizə yaxın artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2014 12:03 (UTC +04:00)
2014-cü ilin may ayının 1-nə TuranBank-ın aktivləri 2013-cü ilin analoji dövrü ilə müqayisədə 15,7%, ötən ilin sonu ilə müqayisədə isə 8,9% artaraq 266,1 mln. manat təşkil edib.
TuranBank-ın aktivləri il ərzində 16 faizə yaxın artıb

Azərbaycan, Bakı, 31 may /Trend/

2014-cü ilin may ayının 1-nə TuranBank-ın aktivləri 2013-cü ilin analoji dövrü ilə müqayisədə 15,7%, ötən ilin sonu ilə müqayisədə isə 8,9% artaraq 266,1 mln. manat təşkil edib.

Bankdan Trend-ə verilən məlumata görə, hesabat tarixinə bankın kredit portfeli 2013-cü ilin analoji dövrü ilə müqayisədə isə 10,1%, cari ilin əvvəli ilə müqayisədə isə 5,5% artaraq 187,3 mln. manata çatıb.

Cari ilin aprel ayının sonuna bankın müştəri hesabları və depozit portfeli 128,2 mln. manat təşkil edib. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətləri 2013-cü ilin analoji dövrü ilə müqayisədə 33,2% artaraq 64,6 mln. manatı keçib.

1 may 2014-cü il tarixinə bankın nizamnamə kapitalı 44 mln. manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,7% artıb. Hesabat dövründə bankın məcmu kapitalı ötən ilin analoji dövrü ilə müqayisədə isə 34,9%, ötən ilin sonu ilə müqayisədə 0,4% artaraq 51 mln. manat təşkil edib.

Bankın nizamnamə kapitalının strukturu ümumilikdə 28 səhmdar olmaqla - 6 hüquqi (29,11%) və 22 fiziki şəxsdən (70,89%) ibarətdir. Ötən ilin sonu TuranBank-ın səhmlərinin 3028 ədədini əldə edən ABŞ-da idarə olunan "ShoreCap II Ltd." Fondu 7,45% payla bankın səhmdarları sırasına qatılıb. Bankın yeni səhmdarının əsas fəaliyyəti Asiya və Afrika qitələrinin inkişaf etməkdə olan ölkələrində fəaliyyət göstərən banklara, mikromaliyyə institutlarına və qeyri-bank maliyyə təşkilatlarına investisiya qoyuluşlarıdır.

2014-cü ilin yanvar-aprel ayları üzrə fəaliyyət nəticələrinə əsasən bankın gəlirləri 10,1 mln. manat, xərcləri isə 7,7 mln. manat təşkil edib. Hesabat dövrü ərzində bankın balans mənfəəti 2,4 mln. manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti