...

Mahmud Məmmədquliyev: Azərbaycan və Aİ gələcək əməkdaşlığın formatını müəyyənləşdirirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2014 18:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir E.Əliyev/

Azərbaycan və Avropa İttifaqı (Aİ) gələcək əməkdaşlığın formatının müəyyənləşdirilməsi üzərində işi davam etdirirlər. Bunu çərşənbə axşamı Trend-ə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Nazir müavini bildirib: "Bizə assosiasiya haqqında sazişdən daha ciddi əməkdaşlıq səviyyəsi lazımdır. Buna görə də, fikrimcə, assosiasiya haqqında saziş olmayacaq, onun yerinə biz Aİ ilə fəaliyyət baxımından daha hərtərəfli və dərin sənəd imzalayacağıq".

Onun sözlərinə görə, sənədin üzərində iş aparılarkən assosiativ sazişin bəzi müddəaları istifadə edilə bilər: "Gələcək sazişin formatı unikal deyil, Aİ-nin bir sıra ölkələrlə belə müqavilələri var. Bu sənəd tərəflərin mövqeyini əks etdirməli və daha strateji olmalıdır".

M.Məmmədquliyev qeyd edib ki, Azərbaycan assosiasiya haqqında sazişlə yanaşı, strateji modernləşdirilmiş tərəfdaşlıq haqqında sazişin bağlanması təşəbbüsünü irəli sürüb: "Bu məsələ hələ də aktualdır, biz işləməyə davam edirik. Bu sənəd hüquqi deyil, daha çox enerji sahəsindən əlavə Aİ ilə əməkdaşlığımızı genişləndirməyə yönəldilmiş fəaliyyət planı, proqramdır. Saziş təhsil və digər sahələr üzrə tərəfdaşlığın yeni istiqamətlərini müəyyənləşdirəcək. Bir çox aspektlər artıq razılaşdırılıb, işlənməli olan məsələlər də var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti