Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir E.Əliyev/
2014-cü ildə Azərbaycanın dövlət xərcləri 2,2 faiz artacaq. Trend-in məlumatına görə, bu barədə Dünya Bankının "Qlobal iqtisadi perspektivlər" adlı hesabatında deyilir.
Bankın proqnozlarına əsasən, 2015-2016-cı illərdə Azərbaycanda dövlət xərcləri 3 faizədək artacaq.
Dünya Bankı yaxın illərdə ölkədə istehlak xərclərinin cüzi artımını gözləyir. Belə ki, cari ildə şəxsi istehlak xərcləri 10,2 faiz, 2015-2016-cı illərdə isə müvafiq olaraq, 10,3 faiz və 10,7 faiz artacaq.