...

"AccessBank" istiqrazlarının market-meykerini müəyyən edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2014 12:30 (UTC +04:00)
Bu gündən etibarən "PAŞA Bank" ASC birja üzvü olan "PAŞA Kapital" MMC vasitəsilə "AccessBank" QSC-nin ISIN kodu AZ2002004284 olan faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının Bakı Fond Birjasında (BFB) market-meykerliyinə başlayır.
"AccessBank" istiqrazlarının market-meykerini müəyyən edib

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Bu gündən etibarən "PAŞA Bank" ASC birja üzvü olan "PAŞA Kapital" MMC vasitəsilə "AccessBank" QSC-nin ISIN kodu AZ2002004284 olan faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının Bakı Fond Birjasında (BFB) market-meykerliyinə başlayır.

Trend-in Bakı Fond Birjasına istinadən yaydığı məlumata görə, market-meykerin sözügedən istiqrazlar üzrə üzərinə götürdüyü alış öhdəliklərinin həcmi 200 000 manat, alış və satış qiymətləri arasındakı qiymət dəhlizi isə 5% təşkil edir.

Qeyd edək ki, hazırda BFB-də sözügedən istiqraz buraxılışı da nəzərə alınmaqla 12 istiqraz buraxılışının likvidliyi market-meyker kotirovkaları vasitəsilə təmin edilir.

Bütün market-meyker kotirovkaları Bakı Fond Birjasının elektron ticarət sistemində gündəlik olaraq saat 10:00-dan etibarən təqdim edilir, həmçinin BFB-nin veb-səhifəsində dərc olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti