...

Bakı Fond Birjasına yeni üzv qəbul edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2014 17:35 (UTC +04:00)
Hazırda BFB-nin “PSG-Broker” MMC də daxil olmaqla 14 aktiv üzvü var.
Bakı Fond Birjasına yeni üzv qəbul edilib

Azərbaycan, Bakı, 2 iyul /Trend/

2 iyul 2014-cü il tarixindən etibarən "PSG-Broker" MMC Bakı Fond Birjasının (BFB) üzvlüyünə qəbul olunub.

Birjadan Trend-ə verilən məlumata görə, bu gün BFB tərəfindən üzvlüklə bağlı şəhadətnamə şirkət rəsmisinə təqdim edilib. Hazırda BFB-nin "PSG-Broker" MMC də daxil olmaqla 14 aktiv üzvü var.

Qeyd edək ki, "PSG-Broker" şirkəti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 13 sentyabr 2012-ci il tarixində verilmiş diler və broker fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq lisenziyalara malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti