...

Bakı-Poti konteyner qatarının hərəkəti bərpa olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2014 12:56 (UTC +04:00)
Bakı-Poti konteyner qatarının hərəkətinin bərpası istiqamətində danışıqlara başlanılıb.
Bakı-Poti konteyner qatarının hərəkəti bərpa olunur

Azərbaycan, Bakı, 10 iyul /Trend/

Bakı-Poti konteyner qatarının hərəkətinin bərpası istiqamətində danışıqlara başlanılıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, respublikanın nəqliyyat sistemi üçün mühüm əhəmiyyət kəsb edən Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə konteyner yüklərinin cəlb olunması və dəmir yolu nəqliyyatı üzrə daşımaların rəqabət qabiliyyətinin artırılması məqsədilə "Azərbaycan Dəmir Yolları" QSC və "Gürcüstan Dəmir Yolları" MMC ilə birgə 1996-cı ildə işə salınmış, lakin sonralan fəaliyyəti dayandırılmış, Bakı-Poti konteyner qatarının hərəkətinin bərpası üzrə danışıqlara başlanılıb.

Bu istiqamətdə artıq bir sıra tədbirlər görülüb, o cümlədən konteyner qatarının iş texnologiyası, hərəkət qrafiki, iritonnajlı konteynerlərin daşınma tarifləri razılaşdırılmış, yük göndərən və yük alanlarla görüşlər keçirilmş, yük və vaqon axınlarının təhlilləri aparılıb.

Yaxın günlərdə qatarın buraxılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti