...

Gələn il Azərbaycanda lifli sement lövhələri istehsal ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Avqust 2014 13:17 (UTC +04:00)
Azərbaycan tikinti məhsulları sənayesində ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi hazırda gündəmdə olan əsas məsələlərdən biridir. Ən yüksək ekoloji standartlara riayət edən "Synergy Group"un yeni layihəsi "Azerbaijan Fibro Cement" (AFC) zavodunda Avstriya texnologiyalarına əsaslanan sıfır tullantılı istehsal xətti qurulacaq.
Gələn il Azərbaycanda lifli sement lövhələri istehsal ediləcək

Azərbaycan, Bakı, 19 avqust /Trend/

Azərbaycan tikinti məhsulları sənayesində ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi hazırda gündəmdə olan əsas məsələlərdən biridir. Ən yüksək ekoloji standartlara riayət edən "Synergy Group"un yeni layihəsi "Azerbaijan Fibro Cement" (AFC) zavodunda Avstriya texnologiyalarına əsaslanan sıfır tullantılı istehsal xətti qurulacaq.

Şirkətdən Trend-ə verilən məlumata görə, müəssisədə müxtəlif rənglərdə və çeşiddə fasad və dam örtükləri, daxili arakəsmələr, döşəmə üçün nəzərdə tutulmuş fibrosement lövhələri (lifli sement lövhələri) istehsal ediləcək. Fibrosement lövhələr insan sağlamlığına və ətraf mühitə zərəri olmayan, su və nəmişlik keçirməyən, dayanıqlı, uzunömürlü, yanğına davamlı, yüngül, dekorativ, istilik və səs izolyasiyası xüsusiyyətinə malik tikinti materialıdır. AFC-nin təklif etdiyi məhsul Azərbaycanın inşaat bazarında bir neçə suala innovativ həll təqdim edəcək.

Regionlarda əksər fərdi yaşayış evlərinin və binaların dam örtükləri insan sağlamlığı üçün ziyanlı olan asbestdəndir. Bəs asbest şiferlər hansı tərkibli material ilə əvəzlənə bilər? Biz məhz bu suala cavab veririk. Başqa təkliflər də var, amma bizim istehsal edəcəyimiz dam örtüyünün xüsusiyyətləri daha fərqlidir. Bizim əsas məqsədimiz əhalimizi düşünərək bütün regionlarda dövlətin dəstəyi ilə asbest tərkibli şiferi fibrosement dam örtükləri ilə əvəz etməkdir.

Tikinti materialları sənayesində yeni dövr açan "Azerbaijan Fibro Cement" zavodunun 2015-ci ilin ikinci yarısında fəaliyyətə başlaması gözlənilir. Hazırda layihə çərçivəsində ilkin inşaat işlərini icra edəcək təşkilatın müəyyən olunması üçün tender təklifləri dəyərləndirilir.

AFC layihəsinin imkanları ölkə iqtisadiyyatına mühüm töhfələr verəcək. Dövlət başçısının 2014-cü ilin "Sənaye ili" elan etməsi Azərbaycan iqtisadiyyatının inkişafı yolunda atılmış növbəti uğurlu bir addımdır. Bu siyasətə sadiq qalaraq "Synergy Group" özünün biznesyönümlü, eyni zamanda, sosial layihələri ilə Azərbaycan iqtisadiyyatındakı rolunu gücləndirir.

Diqqətinizə çatdıraq ki, Azərbaycanda ən iri yerli investisiya şirkətlərindən biri olan "Synergy Group" ASC-nin investisiya siyasətində prioritet sahə sənaye sektorudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti