...

450 min çağrıya cavab verən "Yapı Kredi Bank Azərbaycan"ın Telefon Mərkəzi

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Avqust 2014 13:21 (UTC +04:00)
Son dövrlərdə Azərbaycan bank sektorunda yeni xidmətlərin, xüsusilə sadiqlik proqramlarının təklif edilməsi banklara və bank məhsullarına olan tələbatı artırır. Bu tələbat nəticəsində isə banklar öz müştərilərinə daha keyfiyyətli xidmətlər təklif etmək üçün xidmət şəbəkəsini artırır, alternativ üsullar təqdim edir.
450 min çağrıya cavab verən "Yapı Kredi Bank Azərbaycan"ın Telefon Mərkəzi

Azərbaycan, Bakı, 21 avqust /Trend/

Son dövrlərdə Azərbaycan bank sektorunda yeni xidmətlərin, xüsusilə sadiqlik proqramlarının təklif edilməsi banklara və bank məhsullarına olan tələbatı artırır. Bu tələbat nəticəsində isə banklar öz müştərilərinə daha keyfiyyətli xidmətlər təklif etmək üçün xidmət şəbəkəsini artırır, alternativ üsullar təqdim edir. Bu xidmətlərin aktivliyi daha çox telekommunikasiya-zəng və internet platformasında baş verir.

Alternativ xidmət kanallarını inkişaf etdirən banklardan biri də "Yapı Kredi Bank Azərbaycan"dır. Müştərilərinə sadəcə filiallarında deyil, eləcə də, mütəlif kanallarla xidmət edən bankın veb səhifəsindəki müşahidələrə əsasən, istənilən məhsul və yeniliklər haqqında məlumat əsasən www.yapikredi.com.az və www.worldcard.com.az veb səhifələrinə yönləndirilir. Eyni zamanda, bankın "facebook", "twitter", "linkedin" səhifələri də aktivdir və iki fərqli marka üzərindən davam edilir: "Yapı Kredi Bank Azərbaycan" və "Worldcard Azərbaycan".

Aktivlik sosial şəbəkələrdəki səhifələrdə nəzərə çarpır və maksimum dərəcədə məlumat verməyə çalışılır.

Azərbaycan bank sektorunda ilk 7 gün 24 saat fəaliyyət göstərən telefon mərkəzlərindən biri də "Yapı Kredi Bank Azərbaycan"ın Telefon Mərkəzidir. Belə ki, artıq iki ilə yaxındır ki, aktiv şəkildə çalışır və bu müddət ərzində 450 min dəfə müştərilərin suallarını cavablandırmışdır. Telefon Mərkəzinə, əsasən, bankın kredit kartı məhsulu olan "Worldcard", eyni zamanda, istehlak krediti, əmanət və digər mövzular haqqında suallar soruşulmuş və ətraflı şəkildə izah edilmişdir.

Bank cari ilin aprel ayında Telefon Mərkəzinə Səsli Cavablandırma Sistemini əlavə etmiş və Telefon Mərkəzi vasitəsilə müştərilər növbə gözləmədən, hətta operatora bağlanmadan kart limiti, istifadə edilə bilən limit, dövri borc, cari borc və s. haqqında məlumat əldə edə bilirlər.

Xatırladaq ki, telefon mərkəzi *0444 nömrəsində aktivdir. Telefon Mərkəzindən söz etmişkən, internet platformasında çalışan bankın digər xidmət kanalı - İnternet Bankçılıq xidmətidir. Müxtəlif əməliyyatlar edilə biləcəyi xidmətlə, hətta hesabdan hesaba pul köçürməsi də etmək mümkündür. Müştərilərinin həyatlarını asanlaşdıran bankın İnternet Bankçılıq məhsulu kommunal ödənişlər, kredit ödənişləri, "Worldcard" borc ödəməsi, yerli və xarici valyutalarda cari hesab açma və s. əməliyyatları etmək üçün şərait yaradır.

Bank önümüzdəki zamanlarda da alternativ xidmət kanallarının sayını artırmağın və müştərilərinin bankla daha rahat təmas qurmağının müxtəif planlarını hazırlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti