...

“Muğanbank” regionlarda filial şəbəkəsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2014 11:50 (UTC +04:00)
Yeni açılmış filial Tovuz rayonu, Səməd Vurğun küçəsi 37 ünvanında məmnunluqla müştərilərini gözləyir.
“Muğanbank” regionlarda filial şəbəkəsini genişləndirir

Azərbaycan, Bakı 3 oktyabr /Trend/

Yeni açılmış filial Tovuz rayonu, Səməd Vurğun küçəsi 37 ünvanında məmnunluqla müştərilərini gözləyir. Filial həm fiziki, həm də hüquqi şəxslərə kreditləşmə, hesablaşma-kassa əməliyyatları, əmanətlər, pul köçrmələri və s.üzrə geniş çeşidli xidmətlər göstərəcəkdir. Tovuz filialı həftənin I - V günləri müştərilərinin xidmətindədir.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 39 filialı və 7 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün 933 Məlumat Mərkəzinə zəng edə, www.muganbank.az saytımıza və ya https://www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hl facebook səhifəsinə keçid ala bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti