...

"Azər-Türk Bank" kapitalını 3,7 dəfə artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2014 12:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir Azad Həsənli/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Azər-Türk Bank" ASC-nin 36 552,68 min manat dəyərində sadə, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

Trend-in Bakı Fond Birjasına istinadən verdiyi məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri bir manat olan 36 552 682 səhm qeydiyyata alınıb.

Yerləşdirmənin anderrayteri qismində "İnvest-Az" MMC çıxış edir.

Yerləşdirmə nəticəsində bankın nizamnamə kapitalı 3,7 dəfə artaraq 50 milyon manata çatıb.

Bankın nizamnamə kapitalı bu il sentyabrın 1-nə 13 447,32 min manat, məcmu kapitalı 16 942,73 min manat, aktivləri isə 104 352,60 min manat olub.

"Azər-Türk Bank" 1995-ci il mayın 25-də yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti