Azərbaycan, Bakı, 23 oktyabr /Trend/
Biznesinizi inkişaf etdirmək, dövriyyə vəsaitlərini artırmaq, istehsalatı və təsərrüfatı genişləndirmək, ticarəti artırmaq və s. istəyirsinizsə, "Xalq Bank"ın biznes kreditlərindən faydalana bilərsiniz.
Bankdan Trend-ə verilən məlumata görə, kreditin şərtlərinə görə müştərilər 6 il müddətinə qədər 500 000 manatadək məbləğdə kredit əldə edə bilərlər. Təminat qismində daşınmaz, yaxud daşınan əmlak və ya hər hansı fiziki və ya hüquqi şəxsin zaminliyi çıxış edə bilər. Biznes kreditinin əsas üstünlüyü müştərinin istəyi ilə kreditin ödənilməsi üzrə 12 ayadək güzəşt müddətinin verilməsidir. Güzəşt müddəti ərzində yalnız kredit üzrə faizlər ödənilir.
Biznes kreditlərindən əlavə, "Xalq Bank" müştərilərə sərfəli faiz dərəcəsi ilə ipoteka, istehlak, avtomobil, təhsil, sahibkarlıq və digər kreditləri təklif edir. Biznes krediti və digər kreditlər bankın filiallarında verilir.
Bankın kredit məhsulları və digər xidmətləri haqqında ətraflı məlumatı www.xalqbank.az internet səhifəsindən və ya 138 Məlumat Mərkəzindən əldə edə bilərsiniz.