Azərbaycan, Bakı, 27 oktyabr /Trend/
Layihələrlə daim işləyən azərbaycan təşkilatlarının hər bir meneceri International Project Management Association (IPMA) sertifikatlaşdırma proqramının iştirakçısı olmaqla bərabər, dünyanın 58 ölkəsində tanınan və qəbul edilən beynəlxalq sertifikatı əldə edə bilərlər. IPMA-nın beynəlxalq sertifikatlaşdırma imtahanına hazırlıq üzrə "Layihələrin idarə edilməsinin əsasları" təlimində iştirak etmək üçün 20 noyabr tarixinədək ərizələr qəbul edilir. Təlim və imtahan Sizə münasib olan dildə (azərbaycan, rus, ingilis) dilində keçirilə bilər.
"Layihələrin idarə edilməsinin əsasları" təlimi layihə menecerinin əsas kompetensiyalarını mənimsəmək, bir sıra vacib sənədlərlə - layihə nizamnaməsi, işlərin strukturu, zamanın və risklərin izlənməsi, marağı olan tərəflər barədə məlumat və s. ilə işləməyi öyrənəcəklər. Siz, eləcə də, layihə menecerinin liderlik, özünə-nəzarət, motivasiya, danışıqların aparıması, münaqişlərə və böhranlar və s. kimi davranış xarakteristikaları haqda məlumat əldə edəcəksiniz.
Hazırki təlim AzPMA-nın kompetensiyalı təlimçiləri tərəfindən aparılacaqdır. Elvin Axundov, IPMA-nın sertifikatlaşdırılmış mütəxəssisi, şirkət rəhbəri, iştirakçılara təşkilatların praktiki nümunələri əsasında texniki elementləri açıqlayacaqdır. Fərid Nadirov, IPMA-nın sertifikatlaşdırılmış layihə meneceri, ölkənin aparıcı banklarının birində layihələrin idarə edilməsi ofisinin rəhbəri, iştirakçılara biznes təcrübədə istifadə edilən həllərin praktiki nümunələri əsasında davranış kompetensiyalarını təqdim edəcəkdir. Murad Bağırzadə, IPMA-nın sertifikatlaşdırılmış aparıcı meneceri, dosent, 25 ildən artıq layihə rəhbəri stajına malik, iştirakçılara menecerin kontekstual kompetensiyaları hazqda danışacaqdır. Əlavə bir məşğələ isə Microsoft Project proqram təminatının keçirilməsinə həsr ediləcəkdir.
Təlimdən sonra imtahan keçiriləcəkdir. İmtahanı uğurla başa vuran menecerlər, IPMA-nın beynəlxalq sertifikatlaşdırması üzrə 4-dərəcədən birini (А, B, C, D) əldə etməyə nail ola biləcəklər. AzPMA Azərbaycanda Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyasının beynəlxalq sertifikatlaşdırması üzrə rəsmi orqanıdır. Sertifikatın təsdiq edilməsi və əldə edilməsii üçün xaricə getmək lazım deyil, bütün mərhələlər Bakıda, AzPMA-nın ofisində, sizə münasib olan vaxtda keçirilir.
IPMA-nın beynəlxalq sertifikatlaşdırma proqramının üstünlüklər özündə aşağıdakıları cəmləşdirmişdir:
• Üçüncü tərəfin qiymətləndirmə aparması;
• Təlim və imtahanlar üçün münasib axşam qrafiki;
• Təlim və imtahanın istənilən dildə keçirilməsi (azərbaycan, rus və ingilis);
• Şəxsi peşəkar karyeranın inkişafı
• IPMA-nın beynəlxalq sertifikatı;
• Münasib qiymət.
Təlimin məbləği 300 AZN təşkil edir. Təlim 24 saatdan ibarətdir.
Sertifikatlaşdırma imtahanının məbləği "D" dərəcəsi üzrə 400 AZN, "C" dərəcsi üzrə 700 AZN təşkil edir. AzPMA üzvləri 10% güzəşt əldə edir.
Qeydiyyat 20 noyabr tarixinədək açıqdır: [email protected] тел.: +99-412-497-13-57, моб.: +99 455 511 95 98 Daha ətraflı: http://ipma.az/abutcertificate.html
Bizə qoşulun:
www.ipma.az
www.facebook.com/ipma.az
linkedin.com