...

10.000-dən çox İnternet Bankçılıq istifadəçisi Yapı Kredi Bank Azərbaycanda

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2014 14:00 (UTC +04:00)
10.000-dən çox İnternet Bankçılıq istifadəçisi Yapı Kredi Bank Azərbaycanda!
10.000-dən çox İnternet Bankçılıq istifadəçisi Yapı Kredi Bank Azərbaycanda

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Daima "Xidmətdə Sərhəd Yoxdur" strategiyasına sadiq qalan Yapı Kredi Bank Azərbaycan mütəmadi olaraq İnternet Bankçılıq xidmətini yeniləyir və bunun nəticəsi olaraq da, onlayn şəkildə bankçılıq əməliyyatları edən istifadəçilərin sayı artıq 10 000-i keçdi.
Bu xidmət müştərilərə filiala getmədən, istənilən zaman və dünyanın istənilən nöqtəsindən internet şəbəkəsi vasitəsilə operativ və təhlükəsiz şəkildə bank hesablarını 7/24 rahatlıqla idarə etmək imkanı verir.
Sürətli, asan və güvənli İnternet Bankçılıq xidməti ilə bir neçə saniyə ərzində:
- Kart və bank hesablarınız, o cümlədən əmanət və kredit hesablarınız haqqında təfərrüatlı məlumat əldə edə bilər,
- Worldcard və kredit borclarınızı ödəyə bilər,
- Bank daxili və bank xarici pul köçürmələri edə bilər,
- Valyuta alışı və satışı həyata keçirə bilər,
- Kommunal, mobil və s. borclarınızı ödəyə bilər,
- Yerli və xarici valyutalarda cari hesab aça bilər,
- Hesab bildirişlərinizi çap edə bilər və digər üstünlüklərdən yararlana bilərsiniz.

Ən əsası da odur ki, Yapı Kredi Bank Azərbaycanın təqdim etdiyi İnternet Bankçılıq xidmətində hesabların təhlükəsizliyini təmin etmək üçün müştərilərə Ağıllı SMS və Ağıllı Açar kimi əlavə təhlükəsizlik vasitələri təklif edilir. Bunlar istifadəçilərin bank hesablarının daha təhlükəsiz olması üçündür. Qısa zamanda Asan İmza ilə təhlükəsiz əməliyyatlar etmək də mümkün olacaqdır.
İnternet Bankçılıq xidmətindən bankın müştərisi olan hüquqi və fiziki şəxslər, Worldcard sahibləri və World Üzv Ticarət Obyektləri yararlana bilərlər.
Xidmət haqqında ətraflı məlumatı bankın 24 saat fəaliyyət göstərən *0444 Telefon Mərkəzindən və ya www.yapikredi.com.az internet səhifəsindən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti