...

"Problemlərin əksəriyyəti yerindəcə həll olunub" (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2014 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

Vergilər naziri Fazil Məmmədov Kürdəmir Olimpiya İdman Kompleksində Kürdəmir, Ucar və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, vergilərin hesablanması, ödənilməsi, nəzarət-kassa aparatlarının tətbiqi, POS-terminalların quraşdırılması, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əməkhaqqı fondundan ödənilən icbari ödənişlər, vergiödəyicilərə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti