Azərbaycan, Bakı, 21 noyabr /Trend/
Azərbaycan Beynəlxalq Bankının Mətbuat xidmətindən verilən məlumata görə, ABB-Moskva bankı bivalyutalı sindikatlaşdırılmış kredit üzrə 21,5 mln. avro və 8,33 mln. ABŞ dolları həcmində ödəmələri vaxtında yerinə yetirib. Bu barədə Trend-ə bankdan məlumat verilib.
Vəsait RAIFFEISEN BANK INTERNATIONAL AG, BAYERNLB, BALTIKUMS BANK AS, Russiyanın "Rayffayzanbank" və "ROSBANK" bankları tərəfindən verilmişdi.