...

"Türk Hava Yolları" biletlərin qiymətini aşağı salır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Yanvar 2015 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

"Türk Hava Yolları" (THY) aviabiletlərin qiymətini aşağı salacaq. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu THY-nin Direktorlar Şurasının sədri Hamdi Topçu deyib.

Onun sözlərinə görə, aviaşirkət tərəfindən biletlərin qiymətinin ucuzlaşdırılması haqqında qərar dünyada neftin qiymətlərinin azalması ilə əlaqədardır.

H.Topçu bildirib ki, aviaşirkətin yanacaq alışından mənfəəti 4 faiz təşkil edir ki, bu da mülki aviasiya üçün kifayət qədər ciddi rəqəmdir.

Qeyd edək ki, bundan əvvəl Baş nazir Əhməd Davudoğlu dünyada neftin qiymətlərinin azalmasının Türkiyə üçün sərfəli olduğunu bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti