...

Azərbaycanlı mütəxəssislər Kabil aeroportunun işlədilməsində iştirak edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Yanvar 2015 14:05 (UTC +04:00)
Azərbaycanlı mütəxəssislər türkiyəli həmkarları ilə birlikdə Kabil beynəlxalq aeroportunun işlədilməsində iştirak edəcəklər.
Azərbaycanlı mütəxəssislər Kabil aeroportunun işlədilməsində iştirak edəcəklər

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Azərbaycanlı mütəxəssislər türkiyəli həmkarları ilə birlikdə Kabil beynəlxalq aeroportunun işlədilməsində iştirak edəcəklər. Bu barədə Trend çərşənbə günü Türkiyənin "Teknokule" qəzetinə istinadən xəbər verir.

Kabil beynəlxalq aeroportunun işlədilməsində 90 azərbaycanlı mütəxəssis iştirak edəcək. Burada, həmçinin Albaniya və Makedoniyadan olan mütəxəssislər də çalışacaqlar.

Kabil beynəlxalq aeroportunun bütün istismar xərclərini Türkiyə tərəfi öz üzərinə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti