...

www.icazeler.gov.az portalından 325 mindən çox istifadəçi yararlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2015 14:27 (UTC +04:00)
Nazirlikdən Trend-ə verilən məlumata görə, dekabrda portalın xidmətlərindən yerli istifadəçilərlə yanaşı, xarici ölkələrdən, o cümlədən ABŞ, Almaniya, Türkiyə, Özbəkistan və Hollandiyadan olan istifadəçilər də yararlanmışlar.
www.icazeler.gov.az portalından 325 mindən çox istifadəçi yararlanıb

Azərbaycan, Bakı, 12 yanvar /Trend/

İcazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış www.icazeler.gov.az portalının xidmətlərindən 2014-cü ilin dekabr ayında 9800-dən çox, indiyədək isə 325 mindən artıq internet istifadəçisi yararlanmışdır.

Nazirlikdən Trend-ə verilən məlumata görə, dekabrda portalın xidmətlərindən yerli istifadəçilərlə yanaşı, xarici ölkələrdən, o cümlədən ABŞ, Almaniya, Türkiyə, Özbəkistan və Hollandiyadan olan istifadəçilər də yararlanmışlar.

Qeyd edək ki, sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri icazələrin elektron informasiya portalında yerləşdirilir. Dekabr ayında portalda Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin 1 qanunvericilik aktının layihəsi, indiyədək isə 20 dövlət qurumunun 145 qanunvericilik aktlarının layihəsi ictimai müzakirə üçün icazələrin elektron informasiya portalında yerləşdirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti