Azərbaycan, Bakı, 12 yanvar /Trend/
Yanvarın 13-də Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) AZ2009008684 dövlət qeydiyyat nömrəli, faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının yerləşdirilməsi üzrə ilk hərrac keçiriləcək.
Birjadan Trend-ə verilən məlumata görə, hərraca 3 000 000 AZN həcmində istiqraz çıxarılacaq. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə "Bakı Fond Birjası" QSC vasitəsilə keçiriləcək. İstiqrazlar 100% qiymətlə satışa çıxarılacaq.
İstiqrazların ödənmə tarixi 21 noyabr 2024-cü ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək.
İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Azərbaycan Mərkəzi Bankıdır.
AİF-in təmin edilmiş istiqrazlarının emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) "Emitentlər" bölməsində yerləşdirilib.