...

Kapital Bank-dan "Depozitləriniz yüksəlsin" kampaniyası

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Yanvar 2015 18:28 (UTC +04:00)
Müştərilərini tez-tez maraqlı sürprizləri ilə sevindirən Kapital Bank yeni kampaniyaya start verir.
Kapital Bank-dan "Depozitləriniz yüksəlsin" kampaniyası

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Müştərilərini tez-tez maraqlı sürprizləri ilə sevindirən Kapital Bank yeni kampaniyaya start verir.

"Depozitləriniz yüksəlsin" devizi altında keçirilən kampaniyanın şərtlərinə görə, 15 yanvar - 15 mart 2015-ci il tarixləri arasında "Kapital depoziti" məhsulu üzrə AZN faiz dərəcələrinə 2% əlavə olunur.

Bununla yanaşı, ən azı 12 aylıq hesab açan müştərilər həmin depozit hesabında yerləşdirilmiş hər 500 (AZN/EUR/USD) depozit məbləğinə görə bir uduş şansı qazanacaqlar. 1500 manat həcmində 2 nəfərlik səyahət paketi almaq üçün onlara vauçer hədiyyə ediləcək. Uduş fondu ümumilikdə 15 səyahət paketi olan lotereya martın 1-dən 15-dək oynanılacaq. Qalib əmanətçilərin müştəri kodları hər növbəti iş günü www.kapitalbank.az saytında və Kapital Bankın "facebook" səhifəsində elan olunacaq. Depozitləri bankın bütün filiallarında yerləşdirmək olar.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 8 şöbəsi ilə hər zaman xidmətinizdədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Müştəri Xidmətinə və bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti