Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/
"Türk Hava Yolları" əlverişsiz hava şəraiti ilə əlaqədar 103-dən artıq uçuşu təxirə salıb. Bu barədə Trend cümə günü "Haber7" televiziya kanalına istinadən xəbər verir.
Uçuşların təxirə salınmasına səbəb İstanbulda gözlənilən güclü qardır.
Aviaşirkət yanvarın 30-na yerli vaxtla saat 17.00-dan sonraya planlaşdırılan daxili və beynəlxalq reysləri ləğv edib.
Reyslərin başqa tarixə keçirilməsi barədə məlumat verilmir.