Rusiya Baş nazirinin müavini Bakıya gəlir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2015 20:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir Anaxanım Hidayətova/

Azərbaycan və Rusiya iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edəcəklər.

Rusiyanın Bakıdakı səfirliyindən Trend-ə deyiblər ki, danışıqlar RF Baş nazirinin müavini Arkadi Dvorkoviçin Azərbaycana səfəri çərçivəsində baş tutacaq.

Səfirlikdən bildiriblər ki, A.Dvorkoviç Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, iqtisadiyyat naziri Şahin Mustafayev, eləcə də energetika naziri Natiq Əliyevlə görüşlər keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti