...

Bakı Fond Birjasının üzvlərinin sayı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2015 18:43 (UTC +04:00)
“AzFinance Invest” MMC Bakı Fond Birjasının (BFB) üzvlüyünə qəbul edilib.
Bakı Fond Birjasının üzvlərinin sayı artıb

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir Azad Həsənli/

2 mart 2015-ci il tarixindən etibarən "AzFinance Invest" MMC Bakı Fond Birjasının (BFB) üzvlüyünə qəbul edilib.

Trend-in birjaya istinadən verdiyi məlumata görə, hazırda BFB-nin "AzFinance Invest" MMC də daxil olmaqla 14 aktiv üzvü var.

"AzFinance Invest" MMC şirkəti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 7 aprel 2014-cü il tarixində verilmiş diler və broker fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq lisenziyalara malikdir.

Şirkətin cari tarixə nizamnamə kapitalı 1 milyon manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti