...

Azərbaycanda satılan istehlak mallarının yarısı ərzaq məhsullarıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2015 16:46 (UTC +04:00)
Azərbaycanda 2015-ci ilin yanvar-fevral aylarında istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 3,5 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz çox əmtəə satılıb.
Azərbaycanda satılan istehlak mallarının yarısı ərzaq məhsullarıdır

Azərbaycan, Bakı, 10 mart /Trend/

Azərbaycanda 2015-ci ilin yanvar-fevral aylarında istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 3,5 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz çox əmtəə satılıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, satılmış istehlak mallarının 50,1 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,9 faizini qeyri-ərzaq malları təşkil edib və qeyri-ərzaq mallarının xüsusi çəkisi keçən ilin yanvar-fevral ayları ilə müqayisədə 3,3 faiz bəndi artıb.

Cari ilin ilk iki ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-fevral aylarına nisbətən 1,5 dəfə artaraq 1688,7 min manat təşkil edib. Əhali onlayn rejimində sifariş verdikləri istehlak mallarının 92,7 faizini hüquqi şəxslərin, 7,3 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 95,9 faizini qeyri-ərzaq malları təşkil edib.

2015-ci ilin yanvar-fevral aylarında ictimai iaşə dövriyyəsinin həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 14,3 faiz artaraq 141,7 milyon manat olub. Hüquqi şəxslərin iaşə obyektləri üzrə dövriyyənin həcmi 60,4 milyon manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların subyektləri üzrə isə 81,3 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti