...

Azərbaycanın tikinti şirkəti mənzillərin qiymətini dəyişəcək?

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2015 17:50 (UTC +04:00)
Azərbaycanda manatın məzənnəsinin dəyişməsi "Yeni Həyat" tikinti şirkətinin təklif etdiyi mənzillərin qiymətinə təsir etməyəcək.
Azərbaycanın tikinti şirkəti mənzillərin qiymətini dəyişəcək?

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir Ənvər Məmmədov/

Azərbaycanda manatın məzənnəsinin dəyişməsi "Yeni Həyat" tikinti şirkətinin təklif etdiyi mənzillərin qiymətinə təsir etməyəcək.

Trend-in məlumatına görə, bunu mətbuat konfransında "Yeni Həyat" şirkətlər qrupunun Direktorlar Şurasının sədri Fərid Əsədov deyib.

O bildirib: "Biz Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlıq edərək manatın məzənnəsi dəyişməzdən əvvəl mövcud olan şərtlər əsasında manatda ipoteka kreditlərinin verilməsini davam etdiririk".

F.Əsədov qeyd edib ki, manatın məzənnəsinin azalması şirkətə güclü təsir etməyib: "Şirkət "Park Azure" və "Grand Hayat" layihələri çərçivəsində mənzillərin qiymətini artırmağı planlaşdırmır. Mənzillərin qiyməti düşsə belə, bu, cüzi olacaq. "Park Azure" layihəsi çərçivəsində mənzillərin satışı artıq başa çatıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti