...

İnkişaf etməkdə olan ölkələrdə iqtisadi artım tempi 5,2 faizə enəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2015 17:11 (UTC +04:00)
2015-2020-ci illərdə inkişaf etməkdə olan ölkələrdə iqtisadi artım tempi azalaraq orta hesabla 5,2 faiz təşkil edəcək.
İnkişaf etməkdə olan ölkələrdə iqtisadi artım tempi 5,2 faizə enəcək

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir Azad Həsənli/

2015-2020-ci illərdə inkişaf etməkdə olan ölkələrdə iqtisadi artım tempi azalaraq orta hesabla 5,2 faiz təşkil edəcək. Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun "World Economic Outlook" analitik icmalında deyilir.

İcmalda bildirilir ki, 2008-2014-cü illərdə inkişaf etməkdə olan ölkələrdə iqtisadi artım orta hesabla 6,5% faiz təşkil edib.

Fondun sənədində qeyd olunur "Azalma əhalinin yaşlanması, kapital artımına təsir edən struktur məhdudiyyətləri, bu ölkələrin qabaqcıl texnologiyaya yaxınlaşması nəticəsində məhsuldarlığın məcmu faktorunun ləng artımı ilə əlaqədardır".

BVF-nin proqnozlarına görə, 2008-2014-cü illərdə inkişaf etmiş ölkələrdə potensial iqtisadi artım tempi 1,3% olub, növbəti - 2015-2020-ci illərdə isə 1,6%-dək təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti