...

PAŞA Bank Commerzbank AG-nin "Trade Award 2014" mükafatına layiq görülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2015 13:24 (UTC +04:00)
PAŞA Bank Commerzbank AG tərəfindən "Trade Award 2014" mükafatına layiq görülüb.
PAŞA Bank Commerzbank AG-nin "Trade Award 2014" mükafatına layiq görülüb

Azərbaycan, Bakı, 25 may /Trend/

PAŞA Bank Commerzbank AG tərəfindən "Trade Award 2014" mükafatına layiq görülüb.

Bankdan Trend-ə verilən məlumata görə, dünyanın aparıcı maliyyə institutlarından biri olan Commerzbank AG tərəfindən təsis olunmuş mükafat 2014-cü ilin yekunlarına görə, ticarətin maliyyələşdirilməsi sahəsində Azərbaycanın ən fəal bankı kimi PAŞA Banka təqdim olunub.

PAŞA Bankın İdarə Heyətinin üzvü Taleh Kazımovun sözlərinə görə, artıq bir neçə ildir ki, banklar beynəlxalq ticarətin və sənədli əməliyyatların maliyyələşdirilməsi sahəsində uğurlu əməkdaşlıq edirlər. T. Kazımov bildirib ki, dünyanın aparıcı maliyyə institutlarından biri olan Commerzbank dan bu mükafatı almağımız PAŞA Bankın bu sahədə yüksək keyfiyyətli xidmətlərin təchizatçısı kimi tanınmasını təsdiq edir: "Əminəm ki, banklarımız arasında beynəlxalq ticarətin inkişafı sahəsində etdiyimiz əməkdaşlıq hər il daha da möhkəmlənəcək".

Mükafat PAŞA Banka Commerzbank AG-nin nümayəndəsi tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankının mayın 14-15-də Gürcüstanda keçirilmiş İllik Yığıncağı çərçivəsində təqdim olunub. Qeyd edək ki, ötən il PAŞA Bankın ticarətin maliyyələşdirilməsi sahəsində əməliyyatlarının həcmi 109 mln. AZN-dən artıq olub, bu da 2013-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 34 mln. AZN-dən artıqdır.

Bank haqqında:
PAŞA Bank - Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 9 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 300 çox əməkdaş çalışır. "Europe Banking Awards" 2011, 2012, 2013, 2014 çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur, 2013-2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülmüşdür.
PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti