...

AYİB: Azərbaycan iqtisadiyyatı xarici risklərə qarşı davamılılıq nümayiş etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2015 16:11 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatı xarici risklərə qarşı davamılılıq nümayiş etdirir.
AYİB: Azərbaycan iqtisadiyyatı xarici risklərə qarşı davamılılıq nümayiş etdirir

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir Ənvər Məmmədov/

Azərbaycan iqtisadiyyatı xarici risklərə qarşı davamılılıq nümayiş etdirir. Trend-in məlumatına görə, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) aparıcı iqtisadçısı Dmitri Qvindadze Bakıda maliyyə bazarlarına həsr edilmiş forumda deyib.

Onun sözlərinə əsasən, Azərbaycanın xarici borcu çox aşağı səviyyədədir və ÜDM-ə nisbətdə cəmi 20 faiz təşkil edir, dövlət borcunun nisbəti isə cəmi 11 faizə çatır: "Azərbaycanın qızıl valyuta ehtiyatlarına diqqət yetirsək görərik ki, ölkənin böyük maliyyə ehtiyatları var".

D. Qvindadze qeyd edib: "Ölkənin əsas xərclərinin iri layihələrin maliyyələşdirilməsi ilə əlaqəli olduğunu nəzərə alsaq, Azərbaycan özünün fiskal siyasəti vasitəsilə xarici riskləriin təsirini minimuma endirə bilər".

O, Azərbaycanın qeyri-neft sektorunun nailiyyətlərini də vurğulayıb: "Qeyri-neft sektoru artım tempi üzrə neft sektorunu dəfələrlə üstələyir, hərçənd Azərbaycan iqtisadiyyatının neft asılılığı hələ qalır. İxracın 85 faizi, iqtisadiyyatın 40 faizi neft sektorunun payına düşür və bu nisbətin dəyişməsi Azərbaycan hökumıtinin əsas vəzifəsidir".

"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti