...

"Şahdəniz mərhələ 2" üçün 360 milyon dollardan artıq olan müqavilələr imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2015 13:59 (UTC +04:00)
Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri Şirkəti məmnuniyyətlə elan edir ki, Şahdəniz Mərhələ 2 və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihələri sürətlə irəliləyir. Azərbaycanda və Gürcüstanda yerləşən bütün quraşdırma və tikinti sahələrində artıq mühüm irəliləyişlər əldə olunub.
"Şahdəniz mərhələ 2" üçün 360 milyon dollardan artıq olan müqavilələr imzalanıb

Azərbaycan, Bakı, 22 iyun /Trend/

Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri Şirkəti bildirir ki, Şahdəniz Mərhələ 2 və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihələri sürətlə irəliləyir. Azərbaycanda və Gürcüstanda yerləşən bütün quraşdırma və tikinti sahələrində artıq mühüm irəliləyişlər əldə olunub.

"BP-Azərbaycan"dan Trend-ə bildiriblər ki, bu işlərin bir hissəsi olaraq Şahdəniz bu yaxınlarda daha iki müqavilə imzalayıb. Həmin müqavilələr 2018-ci ildə ilk qaz əldə edildikdən sonra yatağın gələcək cinah hissələrinin işlənməsinə dəstək olmaq üçündür. Bu müqavilələrin imzalanması layihənin həyata keçirilməsi qrafikini dəstəkləyir və bu iri işlənmə layihəsinin bütün sahələrində əldə edilmiş irəliləyişə daha bir əlavədir.

Mərhələ 2 üzrə bundan əvvəl elan edilmiş əsas müqavilələrin davamı olan bu iki yeni müqavilə aşağıdakılardır:

Sualtı hasilat sistemi avadanlıqlarının təchizatı üçün 297 milyon dollar dəyərində olan müqavilə FMC Kongsberg Subsea AS şirkəti ilə imzalanıb. Bu müqavilə çərçivəsindəki işlərin həcminə sualtı manifoldlardan, əlaqədar idarəetmə bloklarından və birləşdirici avadanlıqlardan ibarət 3, 4 və 5 saylı hasilat kompleksləri üçün avadanlığın təchizatı daxildir. Avadanlıqların təchizatı 2016-cı ildən 2021-ci ilədək mərhələlərlə həyata keçiriləcək.

Yatağın tammiqyaslı işlənməsi üçün tələb olunan sualtı fontan armaturlarının və köməkçi vasitələrin planlaşdırılan üç partiyasından ikincisinin təchizatı üçün 66 milyon dollar dəyərində olan müqavilə OneSubsea (UK) Ltd şirkəti ilə imzalanıb. Avadanlıqların təchizatı 2016-cı ildən 2021-ci ilədək mərhələlərlə həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti