...

Dünya Bankı Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatları, irimiqyaslı infrastruktur layihələrini yüksək qiymətləndirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2015 15:42 (UTC +04:00)
Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Henri Keralinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Dünya Bankı Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatları, irimiqyaslı infrastruktur layihələrini yüksək qiymətləndirib

Azərbaycan, Bakı, 3 iyul /Trend/

Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Henri Keralinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı DB və Azərbaycan Hökuməti arasında mövcud və gələcək əməkdaşlıq əlaqələri, Dünya Bankının Azərbaycanda həyata keçirdiyi proqram və layihələrin səmərəliliyi müzakirə edilib.

Görüşdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatların, institusional quruculuq işlərinin dəstəklənməsində Dünya Bankının rolunu yüksək qiymətləndirən sədr E.Rüstəmov qeyd edib ki, Azərbaycan DB ilə əməkdaşlığı dövründə yenidənqurma və inkişaf üzrə bir çox sahələrdə hərtərəfli strateji dəstək alıb. O, ölkədə makroiqtisadi sabitlik, iqtisadi artım, iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun davamlı inkişafı, maliyyə, o cümlədən bank sektorunun iqtisadi inkişafda roluna dair ətraflı məlumat verib.

DB-nin nümayəndə heyətinin rəhbəri H.Kerali ölkənin sürətli iqtisadi inkişaf dinamikasını, həyata keçirilən sosial-iqtisadi islahatları, həmçinin irimiqyaslı infrastruktur layihələrini yüksək qiymətləndirərək gələcəkdə Azərbaycan ilə əməkdaşlığın DB-nin yeni Ölkə Tərəfdaşlıq Çərçivəsi vasitəsilə gücləndiriləcəyini bildirdi. O, Mərkəzi Bankın DB ilə uzunmüddətli sıx əməkdaşlıq əlaqələrini müsbət dəyərləndirərək hər iki qurum arasındakı əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşün sonunda E.Rüstəmov Cənubi Qafqaz ölkələri üzrə regional direktor işlədiyi 3 il ərzində səmərəli fəaliyyətinə görə H.Keraliyə təşəkkürünü bildirdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.
Daha sonra Sədr E. Rüstəmov DB-nin Avropa, Orta Şərq və Şimali Afrika regionu üzrə maliyyə və bazarlar üzrə qlobal praktika meneceri Rolf Behrndtin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı DB-nin Azərbaycan üzrə kredit portfelinin cari vəziyyəti, ölkədə həyata keçirilən və DB tərəfindən maliyyələşdirilən layihələrin icra vəziyyəti, əlavə dəstəyə ehtiyac olan istiqamətlər, DB-nin Mərkəzi Bank ilə birgə həyata keçirdiyi layihələrin hazırkı statusu, görülən işlər, biznes sektorunun, xüsusilə kiçik və orta sahibkarlığın inkişafında bank sektorunun rolu, prioritet sahələr üzrə texniki yardım istiqamətləri kimi məsələlər də müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti