...

"Marubeni Corporation" şirkətinin nümayəndələri "Baku Steel Company"də (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2015 11:02 (UTC +04:00)
Yaponiyanın "Marubeni Corporation" şirkətinin nümayəndələri "Baku Steel Company"də olublar.
"Marubeni Corporation" şirkətinin nümayəndələri "Baku Steel Company"də (FOTO)

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

Yaponiyanın "Marubeni Corporation" şirkətinin nümayəndələri "Baku Steel Company"də olublar.

"Baku Steel Company" MMC-nin Müşahidə şurasının sədri Rasim Məmmədov İranın sənaye nazirinin müavini Mehdi Karbasyan ilə işgüzar görüşdən sonra Yaponiyanın "Merubeni Corporation" şirkətinin nümayəndələrini qəbul edib.

Yaponiya şirkətinin regional prezidenti Naoki İzumu və department rəhbəri Masanide Okamoto ilə söhbətlərdə İran filiz yataqlarının hasilatı və işlənməsi, habelə Azərbaycan metalurgiya sənayesini perespektivləri, Daşkəsıən filizini emalı və istifadəsi haqqında müzakirələr aparılıb.

Qeyd edək ki, hələ bu ilin əvvəllərində İqtisadiyyat və Sənaye Nazirliyi və "Marubeni Corporation" şirkəti arasında Daşkəsən yataqları üzrə məsləhət xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti