...

Azərbaycan və Serbiya hava əlaqəsi barədə saziş imzalayacaq (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2015 13:49 (UTC +04:00)
Azərbaycan və Serbiya iki ölkə arasında hava əlaqəsi barədə sazişi razılaşdırıblar.
Azərbaycan və Serbiya hava əlaqəsi barədə saziş imzalayacaq (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir Ənvər Məmmədov/

Azərbaycan və Serbiya iki ölkə arasında hava əlaqəsi ilə bağlı saziş imzalanması barədə razılığa gəliblər.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-Serbiya ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası kommissiyanın IV iclası çərçivəsində deyib.

O bildirib ki, bu istiqamət ölkələrimiz arasında əlaqələrin inkişafı üçün prioritetlərdən biridir və onun tezliklə imzalanmasına çalışacağıq.

Ş.Mustafayev qeyd edib ki, Azərbaycan və Serbiya arasında artıq 25-dən artıq saziş imzalanıb: "Əvvəlki iclasdan sonra Azərbaycan Milli Elmlər Akademiyası və Serbiyanın Elmlər və İncəsənət Akademiyası arasında elm və texnologiya sahəsində əməkdaşlıq haqqında saziş və əlavə protokol imzaladıq. Hazırda avtomobil əlaqəsi, səhiyyə və tibbi elm haqqında sazişlər layihəsi razılaşdırma ərəfəsindədir və Serbiyada Azərbaycan Mədəniyyət Mərkəzinin iş planı razılaşdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti