...

Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı danışıqların növbəti raundu təxirə salındı

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2015 16:05 (UTC +04:00)

Bakı. İlahə Məmmədli - Trend:

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması çərçivəsində ikitərəfli və çoxtərəfli danışıqların növbəti raundu 2016-cı ilin ortalarından əvvəl baş tutmayacaq.

Bunu Trend-ə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Daha əvvəl ikitərəfli və çoxtərəfli danışıqların keçirilməsi yayda, ən yaxşı halda isə payızda keçirilməsi gözlənilirdi.

Onun sözlərinə görə, kənd təsərrüfatı üzrə çoxtərəfli danışıqların növbəti raunduna hazırlıq çərçivəsində Azərbaycan hökuməti 2012-2014-cü illərdə ölkənin aqrar sənaye kompleksində dəyişiklikləri nəzərə almaqla kənd təsərrüfatına daxili dəstək üzrə yeni cədvəli təqdim etməlidir.

M.Məmmədquliyev qeyd edib ki, ÜTT-nin üzv ölkələrinin suallarına cavablar, milli hüquqi bazanın ÜTT-nin tələblərinə müvafiq uyğunlaşdırılması üzrə işlərin nəticələri bu təşkilatın katibliyinə göndərilməlidir: "Yeni sazişlərin olması ilə əlaqədar qanunvericilik aktlarının unifikasiyası daimi əsasda aparılır. Bundan başqa, işçi qrupunun sonuncu görüşünün nəticələri üzrə ÜTT-nin iştirakçı ölkələrinin Azərbaycana təqdim etdiyi sual və təkliflərin çoxluğuna görə bütün sənədlərin hazırlanması, eləcə də bu təşkilatın iştirakçı ölkələrinin cavabları ilə tanışlıq vaxt aparacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti