• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • İqtisadiyyat
  • Biznes və iqtisadiyyat xəbərləri

Qaradağda yeni zavod tikilir

26 Noyabr 2015 15:18 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Trend:

Qaradağ rayonunda dövlətin güzəştli kreditlərindən istifadə etməklə neft-kimya sənayesi avadanlıqları istehsalı zavodu inşa olunur

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 26-da Sahibkarlığa Kömək Milli Fondu Qaradağ rayonunun Lökbatan qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. Forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatlar verilib, Qaradağda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

130-a yaxın sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Qaradağ rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ət kəsimi, şirniyyat məhsulları, plastik qapı-pəncərə, üzlüklər, dam örtükləri, dəmir qapı, plastik qablar, polietilen paketlər, corab istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanıb, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1161 investisiya layihəsinin maliyyələşdirilməsinə 288,7 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodları, istixana kompleksləri, quşçuluq təsərrüfatları, ət emalı, "yaşıl market", logistik mərkəzlər, metal konstruksiya, mebel, neft-kimya sənayesi avadanlıqları istehsalı müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib, 9000-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb. Qeyd edilib ki, son illər güzəştli kreditlər hesabına 132 sənaye yönümlü investisiya layihəsinin maliyyələşdirilməsinə 409 milyon manatdan çox güzəştli kredit verilib. Maliyyələşdirilmiş müəssisələrdən 115-i istifadəyə verilib, 17-si üzrə işlər davam etdirilir. Bu müəssisələrdə istehsal olunan məhsullar idxalı əvəz etməklə yanaşı, ölkənin sənaye potensialının reallaşdırılmasında mühüm rol oynayacaq.

İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 20 sahibkarlıq subyektinə 10,2 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər, əsasən, heyvandarlıq, istixana təsərrüfatı, çörək, neft-kimya sənayesi avadanlıqları, qapı-pəncərə istehsalı və s. sahələrə yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 600-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Forum çərçivəsində Qaradağ rayonunun Sahil qəsəbəsində dövlətin güzəştli krediti ayrılmış neft-kimya sənayesi avadanlıqları istehsalı zavodunda aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Qaradağ
  • güzəştli kreditlər
  • Sahibkarlığa Kömək Milli Fondu
Azernews Newspaper
Digər xəbərlər
Azərbaycanda güzəştli biznes kreditləşməsinin həcmi artırıla bilər (ÖZƏL)
İqtisadiyyat 11 Mart 14:30
“ABAD”çılar əlverişli güzəştli kreditlərdən bəhrələnir (FOTO)
İqtisadiyyat 6 Mart 14:35
Bu il 97 milyon manatadək güzəştli kredit verilib
İqtisadiyyat 13 Oktyabr 2017 18:53
Bağçılıqla məşğul olan sahibkarlara 73 milyon manat güzəştli kredit verilib
Biznes və iqtisadiyyat xəbərləri 8 Sentyabr 2017 17:15
Tərtərdə cins heyvandarlıq təsərrüfatları yaradılır
İqtisadiyyat 5 Sentyabr 2017 12:26
Saatlıda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanır
Biznes və iqtisadiyyat xəbərləri 7 Avqust 2017 17:22
Masallıda sahibkarlara 309 min manat güzəştli kredit verilib
İqtisadiyyat 13 İyul 2017 17:44
İsmayıllıda cins heyvandarlıq və arıçılıq təsərrüfatları yaradılır
İqtisadiyyat 11 İyul 2017 15:36
Qubada cins heyvandarlıq və arıçılıq təsərrüfatları yaradılır
İqtisadiyyat 10 İyul 2017 18:37
690 sahibkara 63,3 milyon manat güzəştli kredit verilib (FOTO)
İqtisadiyyat 6 İyul 2017 16:12
Qubada sahibkarlara güzəştli kreditlər verilib
İqtisadiyyat 22 İyun 2017 13:20
Astarada meyvə emalı müəssisəsi yaradılır
İqtisadiyyat 12 May 2017 10:31
Şəmkir sahibkarlarından investisiya layihələrinin qəbuluna start verilib
İqtisadiyyat 21 Fevral 2017 10:33
Abşeron sahibkarlarından investisiya layihələrinin qəbuluna start verilib
İqtisadiyyat 30 Dekabr 2016 10:33
Salyanda güzəştli kreditlər hesabına müasir istixana kompleksi yaradılır
İqtisadiyyat 16 Dekabr 2016 14:24
Xaçmazdakı Yalama aqroparkında tikinti işlərinin ikinci mərhələsinə start verilib
Biznes və iqtisadiyyat xəbərləri 29 Oktyabr 2016 13:51
Bu il sahibkarlara 101 milyon manat güzəştli kredit verilib
İqtisadiyyat 15 Sentyabr 2016 16:27
Sabirabadda sahibkarlara güzəştli kreditlər verilib
Biznes və iqtisadiyyat xəbərləri 4 Avqust 2016 13:24
Ən çox oxunanlar
Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib
Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib
Ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbçilərin ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərman imzalanıb
Azərbaycanda din xadimlərinə maddi dəstək veriləcək - Siyahı dəqiqləşdirilir
4 marşrut xəttinin hərəkət CƏDVƏLİNDƏ dəyişiklik edildi
Nəzər nöqtəsi
Prezident İlham Əliyevin strateji konsepsiyasında xalqın intellektual potensialının reallaşdırılması və innovasiyalı modernləşmə xüsusi yer tutur

Prezident İlham Əliyevin strateji konsepsiyasında xalqın intellektual potensialının reallaşdırılması və innovasiyalı modernləşmə xüsusi yer tutur

Sarkisyanın 10 illik diktaturası ərzində Ermənistan olduqca çətin vəziyyətə düşüb
Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib
Elman Nəsirov: Ermənistanda siyasi böhran pik nöqtəsinə gəlib çatıb
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter