...

S&P "Azərbaycan Dəmir Yolları"nın kredit reytinqini geri çağırdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Yanvar 2016 18:47 (UTC +04:00)

Bakı. Ənvər Məmmədov - Trend:

"Standard & Poor`s" kredit reytinqləri xidməti emitentin xahişi ilə "Azərbaycan Dəmir Yolları" QSC-nin uzunmüddətli korporativ kredit reytinqini geri çağırıb. Bu barədə Trend reytinq agentliyinə istinadən məlumat verir.

Məlumatda deyilir: "QSC-nin uzunmüddətli korporativ kredit reytinqini 11 dekabr 2015-ci il tarixli mənfi proqnozla "CreditWatch" siyahısına ("Yenidən baxılan reytinqlər") "BB-" səviyyəsində daxil etdik".

Reytinq fəaliyyəti Maliyyə Nazirliyi tərəfindən likvidlik fərqinin qarşılanması üçün nəzərdə tutulmuş digər kreditin bəyənilməsinin yubanması ilə əlaqədar QSC-nin kommersiya kreditlərindən birinin ödənilməsinin 3 iş günü gecikdirilməsini əks etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti