...

Azərbaycanda buğda və unun idxalının ƏDV-dən azad edilməsi alıcılıq qabiliyyətini artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Yanvar 2016 18:10 (UTC +04:00)
Buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi istehlakçıların alıcılıq qabiliyyətinin artmasına xidmət edib.
Azərbaycanda buğda və unun idxalının ƏDV-dən azad edilməsi alıcılıq qabiliyyətini artırıb

Bakı. Hüseyn Vəliyev - Trend:

Buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi istehlakçıların alıcılıq qabiliyyətinin artmasına xidmət edib. Bunu Trend-ə "Rahat Market" mağazasının direktoru Yusif Əliyev deyib.

Onun sözlərinə görə, bu, əhali arasında yüksək tələbatla istifadə edilən unun pərakəndə satış qiymətini xeyli azaltmağa imkan verdi: "Qiymət siyahısına diqqət yetirsək görərik ki, fərq çox böyükdür və şübhəsiz ki, unun qiymətinin azaldılması çörək və digər un məhsullarının qiymətinə də təsir edir, yəni bu məhsulların qiyməti də azalır".

Çörəyə gəlincə, Y.Əliyev qeyd edib ki, əgər əvvəllər milli valyutanın məzənnəsinin dəyişməsindən sonra çəkisi 500 və 700 qram olan çörəyin qiyməti 0,40 və 0,50 manat idisə, buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsindən sonra tədarükçülər unun qiymətini azalda bildilər ki, bu da öz növbəsində, 500 və 700 qramlıq çörəyin qiymətinin müvafiq olaraq 0,30 və 0,40 manatadək azalmasına imkan verdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti