...

"Azərbaycan Dəmir Yolları" QSC-də Hindistan səfiri ilə görüş keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2016 16:58 (UTC +04:00)
Yanvarın 19-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana ilə görüş keçirilib.
"Azərbaycan Dəmir Yolları" QSC-də Hindistan səfiri ilə görüş keçirilib

Bakı. Trend:

Yanvarın 19-da "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana ilə görüş keçirilib.

QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Azərbaycan Dəmir Yolunda həyata keçirilən layihələr, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması istiqamətində görülən işlər, qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

Görüşdə, həmçinin Hindistan və Azərbaycan ölkələrinin əməkdaşlıq perspektivləri məsələləri müzakirə olunub.

Səfir S.Rana "Azərbaycan Dəmir Yolları" QSC-də bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlardan məmnun qaldıqlarını bildirib.

Qeyd edək ki, görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti