...

Azərbaycan biznes üçün əlverişli ən yaxşı ölkələr sırasına daxil olub (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Yanvar 2016 11:21 (UTC +04:00)
Azərbaycan Pensilvaniya Universiteti nəzdində Uorton Biznes Məktəbi ilə birgə hazırlanmış US News & World Report versiyası üzrə biznes üçün əlverişli ən yaxşı ölkələr sırasına daxil olub.
Azərbaycan biznes üçün əlverişli ən yaxşı ölkələr sırasına daxil olub (ƏLAVƏ OLUNUB)

İlk xəbər saat 11:21-də yayımlanıb

Bakı. Trend:

Azərbaycan "US News & World Report"un Pensilvaniya Universiteti nəzdində Uorton Biznes Məktəbi ilə birgə hazırladığı reytinq versiyası üzrə biznesin aparılması üçün açıqlıq üzrə ən yaxşı ölkələr sırasına daxil olub.

Trend-in məlumatına görə, reytinq Davosda işinə ötün gün başlamış Ümumdünya İqtisadi Forumunda təqdim olunub.

Azərbaycan reytinqdə Qazaxıstan, Rusiya və Türkiyə, eləcə də Səudiyyə Ərəbistanı, Ukrayna, Misir, CAR, Argentina və bir çox ölkələri qabaqlayaraq 43-cü yeri tutub.

"Biznesin açıqlığı" reytinqi bir sıra göstəricilər əsasında tərtib edilib: korrupsiya, vergi sistemi, bürokratiya, dövlət hakimiyyətinin işinin şəffaflığı.

Azərbaycan 10 mümkün baldan 3,8 bal toplayıb. Hesabat müəllifləri ölkədə istehsalat xərclərinin aşağı səviyyəsini və bürokratiya səviyyəsinin yüksək olmamasını qeyd ediblər.

"Biznesin açıqlığı" reytinqinin lideri isə 10 bal toplamış Lüksemburq olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti