Bakı. Azad Həsənli - Trend:
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) yanvarın 29-dan bu günədək "Bank Of Azerbaijan"ın müştərilərinə 6,3 milyon manatdan artıq məbləğdə kompensasiya ödəyib. Bunu Trend-ə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.
Onun sözlərinə görə, sığortalanmış əmanətlər üzrə kompensasiya bankın 288-dən çox müştərisinə ödənilib.
A.Cavadov qeyd edib ki, 1 fevral saat 21:00-a ADIF 6,1 milyon manat məbləğdə kompensasiya ödəyib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı yanvarın 18-də "Bank Of Azerbaijan"ın lisenziyasını geri çağırmışdı. "Bank Of Azerbaijan"da sığortalanmış əmanətlərin həcmi 24 milyon manat təşkil edir.