...

Azərbaycanda yol və körpü tikintisi bahalaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2016 15:49 (UTC +04:00)

Bakı. Trend:

2015-ci ilin IV rübündə Azərbaycanda yerüstü tikililər üzrə qiymətlər 0,2 faiz azalıb, yol və körpü tikintisi üzrə qiymətlər isə 0,6 faiz artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ümumilikdə tikintidə (tikinti-quraşdırma işlərində) istehsalçı qiymətləri əvvəlki rüblə müqayisədə 0,1 faiz azalıb.

Rüb ərzində yerüstü tikililərdən sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 0,2 faiz artıb, istehsal təyinatlı obyektlərinin tikintisi üzrə qiymətlər 3,1 faiz azalıb, yaşayış evlərinin tikintisi üzrə qiymətlər isə sabit qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti