...

Koreya və Azərbaycan IT sahəsində əməkdaşlığı inkişaf etdirəcək (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2016 12:05 (UTC +04:00)
Koreya və Azərbaycan informasiya texnologiyaları sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər və iki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial mövcuddur.
Koreya və Azərbaycan IT sahəsində əməkdaşlığı inkişaf etdirəcək  (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:05-də yayılıb)

Bakı. Ənvər Məmmədov - Trend:

Koreya və Azərbaycan informasiya texnologiyaları sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər və iki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial mövcuddur.

Trend-in məlumatına görə, bunu Koreya Respublikasının səfiri Kim Çanq-gyu Azərbaycanın qiymətli kağızlar bazarında vahid ticarət, ticarət sonrası və nəzarət sisteminin işə salınması mərasimində deyib.

Onun sözlərinə görə, Koreya Fond Birjası ilə birgə hazırlanmış bu sistemin işə salınması iki ölkəyə informasiya texnologiyaları sahəsində əməkdaşlığı inkişaf etdirməyə imkan verəcək: "Əminən ki, bu sistemin işə salınçası təkcə Azərbaycanın qiymətli kağızlar bazarının deyil, həm də ümumilikdə kapital bazarının inkişafında vacib rol oynayacaq. Bu sistem, həmçinin İKT və biznes sahəsində ölkələrimiz arasında əlaqələri inkişaf etdirməyə imkan verəcək".

Koreya Fond Birjasının nümayəndəsi Yanq Sanq Kvon isə qeyd edib ki, bu sistem Azərbaycanın kapital bazarlarının təkmilləşdirilməsi çərçivəsində hazırlanıb və onun yaradılmasında ölkənin qiymətli kağızlar bazarının tələbləri nəzərə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti