...

Azərbaycanda korporativ idarəetmə standartları müəssisələrin investisiya cəlbediciliyini artıracaq (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2016 12:14 (UTC +04:00)
Azərbaycan İqtisadiyyat Nazirliyinin hazırladığı korporativ idarəetmə standartlarının tətbiqi xarici investorlar üçün yerli müəssisələrin cəlbediciliyini artırmağa imkan verəcək.
Azərbaycanda korporativ idarəetmə standartları müəssisələrin investisiya cəlbediciliyini artıracaq (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:14-də yayılıb)

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan İqtisadiyyat Nazirliyinin hazırladığı korporativ idarəetmə standartlarının tətbiqi xarici investorlar üçün yerli müəssisələrin cəlbediciliyini artırmağa imkan verəcək.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov sənaye müəssisələrində korporativ idarəetmə standartlarının tətbiqinə həsr edilmiş tədbirdə deyib.

Onun sözlərinə görə, bu, həmçinin müəssisəni rentabelli etməyə və eyni zamanda, risklərin səmərəli idarə edilməsini, etibarlı hesabatlılıq sistemini təmin etməyə imkan yaradacaq.

S.Məmmədov qeyd edib ki, bu strandrtların tətbiqi sayəsində müəssisə fəaliyyətini genişləndirə bilər: "Keyfiyyət standartlarına diqqət yetirmək çox vacibdir, xüsusilə bu, ixrac şirkətlərə aiddir. Bu standartlar xarici investorların cəlb edilməsinə, tərəfdaşların axtarışına kömək edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti