...

3 dəqiqəyə "iPhone 6s" qazan

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2016 19:39 (UTC +04:00)
"Unibank" Novruz bayramı öncəsi Azərbaycanda "facebook" istifadəçilərini sevindirir.
3 dəqiqəyə "iPhone 6s" qazan

Bakı. Trend:

"Unibank" Novruz bayramı öncəsi Azərbaycanda "facebook" istifadəçilərini sevindirir. Maliyyə sektorunda ən çox istifadəçisi olan bankın "facebook" səhifəsinin iştirakçıları səhifədə keçirilən viktorinada iştirak edərək, "iPhone 6s" qazanmaq şansına sahib ola bilər.

Minilliklər yaşı olan, milli bayramımız Novruz haqqında nələri bilirik? Viktorinanın suallarına cavab verməklə, Novruz bayramı haqqında həm biliklərinizi artıra, həm də möhtəşəm hədiyyələr qazana bilərsiniz. Tez və düzgün cavablar iştirakçılara xallar qazandırır. Viktorinada iştirak edən səhifə istifadəçiləri, oyunda iştiraka dəvət etdikləri hər bir dostuna görə də əlavə xal qazanacaqlar.

Ən çox xal toplamış ilk 3 qalibi bu hədiyyələr gözləyir:

1-ci yer - iPhone 6s
2-ci yer - Planşet
3-cü yer - 100 AZN-lik hədiyyə kartı

Bilik yarışmasında fəal iştirak edib yüksək xallar qazanan sonrakı 20 yerin sahiblərinə də Unibank-dan dəyərli hədiyyələr olacaq. Qaliblər 18 martda açıqlanacaq.Viktorinada iştirak etmək istəyənlər Unibank-ın rəsmi "facebook" səhifəsinə (https://www.facebook.com/unibank.az/?fref=ts) daxil olaraq, qeyd olunan link (https://goo.gl/TkoCB2) vasitəsilə öz maliyyə biliklərini sınaya və dəyərli hədiyyələr qazana bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti