...

DSMF mart ayı üzrə əmək pensiyalarını vaxtından əvvəl maliyyələşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2016 12:29 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondu (DSMF) mart ayı üzrə əmək pensiyalarının vaxtından əvvəl maliyyələşdirilməsini yekunlaşdırıb.
DSMF mart ayı üzrə əmək pensiyalarını vaxtından əvvəl maliyyələşdirib

Bakı. Trend:

Dövlət Sosial Müdafiə Fondu (DSMF) mart ayı üzrə əmək pensiyalarının vaxtından əvvəl maliyyələşdirilməsini yekunlaşdırıb.

Bu barədə Trend-ə Fondun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

DSMF qarşıdan gələn Novruz bayramı ilə əlaqədar olaraq bu ilin mart ayı üzrə əmək pensiyalarının vaxtından əvvəl maliyyələşdirilməsini yekunlaşdırıb.

Martın 15-dək respublikanın şəhər və rayonları üzrə pensiya məbləğlərinin qrafikdə nəzərdə tutulmuş müddətdən əvvəl vətəndaşların pensiya plastik kart hesablarına köçürülməsi başa çatdırılıb.

2016-cı il yanvar ayının 1-i tarixinə olan məlumata əsasən, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 299 946 nəfərdir. Onların 60,1 faizini yaşa görə, 28,8 faizini əlilliyə görə, 11,1 faizini isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti