...

DB Azərbaycanda avtomobil yolunun tikintisi üçün krediti təsdiq edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Mart 2016 13:08 (UTC +04:00)

Bakı. Ənvər Məmmədov - Trend:

Dünya Bankının (DB) Direktorlar Şurası martın 28-də Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi üçün 140 milyon dollar həcmində əlavə vəsaiti təsdiq etməyi planlaşdırır. Bunu Trend-ə bankın Bakı ofisindən deyiblər.

Bankdan qeyd ediblər ki, kreditlər üzrə rəsmi danışıqlar artıq başa çatıb və bu gün Bakı vaxtı ilə gecə DB-nin Direktorlar Şurası bu layihə üçün əlavə maliyyənin ayrılması məsələsini müzakirə edəcək.

Kredit Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (DB qrupuna daxildir) xətti ilə ayrılacaq.

Layihənin əlavə maliyyələşdirilməsinin ümumi dəyəri 186,6 milyon dollardır. Bunu 46,6 milyon dolları hökumətin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti