...

Bakı Fond Birjası Maliyyə Nazirliyinin qısamüddətli istiqrazlarını hərraca çıxarıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2016 11:51 (UTC +04:00)

Bakı. Ənvər Məmmədov - Trend:

2016-cı ilin 19 aprel tarixində Bakı Fond Birjasında (BFB) Maliyyyə Nazirliyinin 20 milyon manat dəyərində qısamüddətli manat istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə Trend BFB-yə istinadən məlumat verir.

Hərracda hər birinin nominal dəyəri 100 manat və tədavül müddəti 364 gün olan 100 min istiqraz çıxarılacaq. İstiqazların ödəmə müddəti 2017-cı il 18 aprel tarixidir.

Bundan başqa, hərracda hər birinin nominal dəyəri 100 manat və tədavül müddəti 182 gün olan 100 min istiqraz çıxarılacaq. İstiqazların ödəmə müddəti 2016-cı il 18 oktyabr tarixidir.

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Maliyyyə Nazirliyinin dövlət istiqrazlarının buraxılışının anderrayteri "Unicapital" investisiya şirkətidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti